Ədalət nədir? Dövlətin rolu nə olmalıdır? Sol və sağ
qanadlar arxasında duran fəlsəfələr hansılardır? Kasıblara dövlət kömək etməlidirmi?
Etməlidirsə, hansı üsul ən səmərəlidir? Bu suallara açıqlama gətiririk.
Sağçısınız
yoxsa solçu? Onlar arasında fərqi bilirsinizmi? Siyasi qolların hansı iqtisadi
fikir məktəbini dəstəklədiklərini bilmək istəyirsinizmi? Dərsimizə baxın sonra
siyasi mənsubiyyətinizi təyin edəcək testimizdən keçin.
İkinci dərsimizdə sizi salamlayırıq! Bu dərs bir neçə hissədən ibarətdir: İlk olaraq, əvvəlki dərsdən bir sıra dəqiqləşdirmələr veririk. Bunlar 2:50-yə kimi davam edir. Elastik və qeyri elastik tələb nədir? 2:50-dən 4:00-dək izləyib, biləcəksiniz. Ramzan Kadırovun fürsət dəyərinin müəyyənləşməsində rolunu bilmək üçün 4-cü dəqiqədən sonra baxın. İkinci dərs, faktiki olaraq, 6:34-də başlayır. İzləyin və fikirlərinizi bölüşün. Fikirlərinizi bilmək bizə çox vacivdir.
Böyük məmnuniyyət hissi ilə sizə ilk dərsimizi təqdim edirik.
Video bloqinqdə ilk təcrübəmizin olmasının və bütün montajın öz zəhmətimiz hesabına edildiyini nəzərə alaraq, bəzi texniki qüsurları bağışlamağınızı xahiş edirik.