Tuesday 18 April 2023

Rey Dalio vs Fərhad Pərvizi

 Rey Dalio ilə Fərhad Pərvizini birləşdirən bilrisinizmi nədir? Təəssüf ki, nə milyardlarımız, nə səriştəmiz, nə bacarığımız. O bütün hallarda məndən üstündür. Ola bilsin ki, mən bir az daha yaraşıqlıyam və cavanam, Azərbaycan toylarında yaxşı rəqs edə və iki kanata birdən dırmaşa bilirəm. Başqa üstünlüyüm yoxdur.

2011-ci ildə mənim ilk (və hələ də yeganə kitabım) çap olunub. Həmin kitabın üzündən görünən odur ki, mən ABŞ və Avropanın - bir qərb həyat fəlsəfəsi və iqtisadi dominantı kimi çökməyinin proqnozlaşdırıram.

No alt text provided for this image

Kitabı idealist vaxtlarımda yazmışam, bir çox siyasi məqamları nəzərə almamışam, səhvlər etmişəm. Amma görünən odur ki, 12 ildən sonra Rey Dalio prispial məsələlərdə mənimlə razılaşır. Onun sonuncu kitabını oxumamış olsanız (Changing World Order) ən azından kitab əsasında çəkilmiş bu videonu izləyə bilərsiniz.

Misal üçün bu kitabımdan olan bu mesajları siz onun Tom Bilyeu ilə müsabiqəsində tapa bilərsiniz.

[…] ABŞ hökumətinin yürütdüyü inflyasionist siyasət, yerinə yetirə bilməyəcəyi sosialist vədlər, getdikcə artan dövlət borcu və ticarət balansı kəsiri yaxınlaşan böhranın əlamətləridir. […]

[…]ABŞ-da baş vermiş bu böhranın qarşını almaq üçün populist siyasətə və dövlətin israfçı xərclərinə son qoyularaq balanslaşdırılmış büdcə qəbul edilməli, ucuz kreditlər dayandırılmalı, amerikalılar ciblərinə uyğun həyat tərzi qurmalıdırlar. Lakin indiki siyasət sərxoş insanı daha çox içirtməklə onu ayıltmaq cəhdlərinə oxşayır – daha çox pul inflyasiyası, daha çox kredit, daha çox dövlət tənzimlənməsi, daha çox vergi.

[…] 29 yaşlı “Mazerati” sahiblərini, birdən-birə varlanan Uol Strit bankirlərini əlavə pul çap edərək xilas edir, digər tərəfdən, həyatı boyu əziyyət çəkən və opportunist imkanlara uymayan insanları bu inflyasiya yolu ilə müflisləşdirir. Lakin ABŞ bunu yalnız öz vətəndaşlarına qarşı etmir. Dünyanın ehtiyat valyutası sayılan ABŞ dollarını saxlayan hər dövlətə və onun vətəndaşlarına qarşı edir.

[…] ABŞ hökumətinin apardığı bu parazitik inflyasionist siyasət nəticəsində digər ölkələr onilliklər boyu yığdıqları və sərvət hesab etdikləri dollarların gündən-günə ucuzlaşmasını görərək bununla bağlı nəsə etmək istəyəcək. […]

[...] Bu vəziyyətdən həm Çin xalqı, həm də hökumət yorulub. İqtisadi baxımdan bu burulğandan yeganə çıxış yolu öz istehsal güclərini yerli istehlaka yönəltməkdir. [...]

[...] amerikalı siyasətçilər hər gün dua edirlər ki, Çin öz valyutasını gücləndirməsin. Əks təqdirdə bütün amerikalılar rahat hüquqşünas və psixoloq otaqlarını tərk edərək zavodlarda avadanlıq başına keçməli olacaqlar. Bu, əlverişli görünməsə də, amerikalılar üçün iqtisadi uğurun yeganə yoludur.

İndi siz bu fikrə Braziliya prezidentinin dollar dominantdığına son qoymaq çağırışlarını, Çinin əksər partnyorları ilə öz valyutasında ticarətiABŞ dövlət borcunun maliyyələşməsi üçün artan xərclər maraqlı zəmin yaradır. Digər tərəfdən, unutmamalıyıq ki, ABŞ dünyanının ən güclü iqtisadiyyatı olaraq qalır. Ən güclü hərbi bazaya malikdir. Avrasiyanı əhatə edən hər iki okeana nəzarət edir və hal-hazırda işsizlik demək olar ki, yoxdur (ticarət müharibələri və Avropanın çöxkməsi hesabına). Maraqlı növbəti 20 ilimiz olacaq.